Short Film
Can the Bible Be Trusted?
3 minFHD
3 of 8Clip 3 of 8Do You Ever Wonder...? · 8 chapters
Can the Bible Be Trusted?
Have you ever wondered why followers of Jesus believe the Bible is the same today as when it was originally written? Archaeological evidence validates that today’s Bible consists of the same Scriptures originally written thousands of years ago.
QuestionsRelated Questions
Ask yoursBible Quotes
Share2 Timothy 3:16
All Scripture is God-breathed and is useful for instruction, for conviction, for correction, and for training in righteousness,
Berean Standard Bible
Public Domain
Read more...Transcript
Azerbaijani, North (آذربایجان دیلی)
İsa Məsihin ardıcıllarının Müqəddəs Kitabın əvvəl yazıldığı kimi
bu gün də eyni olduğuna niyə inandıqlarını heç düşünmüsünüzmü?
Müqəddəs Kitab - 1500 il ərzində yazılmış Rəbbin sözü olan müqəddəs bir kitabdır.
Əslində bizə Tanrını və Onun bütün insanlar üçün əxlaq normalarını öyrədən bir kitablar toplumudur;
Buraya Musanın 5 kitabı, Zəbur, İncil və İsanın şagirdlərinin məktubları daxildir.
Bibliya ,Tanrının yaratdığı insanlar olaraq əslində bizə öz hekayəmizi öyrədir.
Bəzi insanlar Müqəddəs Kitabın tərcümələrinin çox olduğuna görə
illər ərzində dəyişdirildiyini düşünürlər.
Başlanğıcda Müqəddəs Kitab üç dildə yazıldı və o zamandan bəri
hərkəsin Tanrı sözünü ana dilində oxuya bilməsi üçün bir çox dilə tərcümə olundu.
Hətta bəzi dillərdə birdən çox tərcümə nüsxəsi vardır, amma hamısı eyni mənanı daşıyır.
Müqəddəs Kitabın hər nüsxəsi orijinal mətnlərin tərcüməsidir və üst-üstə düşürlər.
Müasir tərcümələrin dəqiqliyi çoxsaylı arxeoloji dəlillərlə dəstəklənir.
Məsələn, 20-ci əsrin ortalarında Ölü dənizin yaxınlığında 981 qədim Müqəddəs Kitab əlyazması tapıldı,
bu əlyazmaların hamısı eramızdan əvvəl 3- cü əsrlə eramızın 1-ci əsrləri arasında yazıldı.
Məsələn, bu əlyazmalardan biri də Yeşaya peyğəmbərin Tumarıdır.
Yeşayanın Tumarı 66 fəsldən ibarətdir,
bu Tumarda İsa Məsihin həyatı və ölümü ilə bağlı peyğəmbərliklər var.
Kəşf olunan Yeşaya Tumarı, Müqəddəs Kitabdakı Yeşaya kitabı ilə eynidir.
İncilin İsa haqqında bəhs edən hissəsi,
1-ci əsrdə Onunla birlikdə yaşayan şagirdləri tərəfindən yazılmışdır.
Yazdıqları məktubları bir çox bölgəyə göndərdilər və orada yaşayan digər şagirdlər yazılanların doğruluğunu təsdiqlədilər,
mətnləri nüsxələdilər və İsa Məsihin bir çox digər şagirdlərinə ötürdülər.
Arxeoloqlar tərəfindən İsa haqqında bəhs edən qədim Müqəddəs Kİtab əlyazmalarının 25.000-dən çox nüsxəsi tapılmışdır.
Bunların hamısı bir-birinə uyğundur və müasir Müqəddəs Kİtab ilə üst-üstə düşür.
Britaniya Kitabxanasında Yunan dilində yazılmış bütöv bir Müqəddəs Kİtab var.
Sinai Kodeksi adlanan bu qədim Müqəddəs Kİtabın yazılma tarixi eramızın 350-ci ilinə aiddir və məzmununa görə müasir Müqəddəs Kİtabla eynidir.
Müqəddəs Kİtab digər qədim əlyazmalarla müqayisədə ən çox nüsxəyə malikdir.
Beləliklə, bütün dəlillər əlimizdəki Müqəddəs Kitabın min illər əvvəl
orijinal dillərdə yazılmış eyni ayələr ilə üst üstə düşdüyünü sübut edir.