Do You Ever Wonder...?·1 of 8

God's Rescue Plan

Have you ever felt like the world was broken, and that we are broken along with it? Often, our attempts to fix the world and ourselves only lead to more problems. But there is Good News: God, in His love, has made a way for us to be restored to honor.

Ask yours

Bible Quotes

Share
Romans 6:23

For the wages of sin is death, but the gift of God is eternal life in Christ Jesus our Lord.

Berean Standard Bible

Public Domain

Read more...
1 John 5:11

And this is that testimony: God has given us eternal life, and this life is in His Son.

Berean Standard Bible

Public Domain

Read more...
1 John 5:13

I have written these things to you who believe in the name of the Son of God, so that you may know that you have eternal life.

Berean Standard Bible

Public Domain

Read more...
Free Resources

Want to understand the Bible more deeply?

Join our Bible study

Transcript

Azerbaijani, North (آذربایجان دیلی)
Məgər sənə bəzən elə gəlmir ki, dünya korlanıb? Sanki nə isə yolunda getmir? Başlanğıcda Tanrı dünyanı yaxşı yaratdı ki, dünya yaxşılıq dolu olsun. Ancaq biz Tanrıya itaətsizlik göstərərək bizi Ondan uzaqlaşdıran yolu seçdik. Bu səbəbdən yer üzü korlandı və biz də onunla birlikdə yıxıldıq. Müqəddəs Kitab bunu günah adlandırır. Günah təkcə əməllərimizdən ibarət deyil,bu bizim ürəyimizin vəziyyətidir. Bizim itaətsizliyimizin təbii nəticəsi ölümdür - həyat mənbəyindən ayrılmaq. Günahkarlıq, utanc və murdarlıq hiss etdiyimiz zaman (Tanrıdan olan) bu ayrılığı hiss edə bilərik. Ancaq günahlarımızı aradan qaldırmaq və həyatımızı bərpa etmək üçün edə biləcəyimiz heç bir şey yoxdur, çünki Müqəddəs Tanrıdan ayrılmışıq. Hekayəmiz burda sona çatsaydı bu faciə olardı, ancaq Rəbb çıxış yolu göstərir! Onda əvvəldən xilasetmə planı var idi! Uca Rəbb əcdadlarımıza planını açdı. Müqəddəs Kitabda deyilir ki, İbrahim Rəbbin gözündə saleh iman sahibi idi. Uca Yaradan, İbrahimin oğlunu qurban verməyə hazır olmasını itaətinin sübutu olaraq qəbul etdi. Rəbb İbrahimə oğlunun yerinə qurban kəsmək üçün qoç verdi. Rəbb ədalətlidir, biz isə öz əməllərimizə görə ondan ayrılmağa və ölümə layiqik. Ancaq həmçinində Rəbb bizi sevir və Cənnətdə Onunla birlikdə əbədi həyata sahib olmağımızı istəyir. Rəbb İbrahimin oğlunun qurban olmasını bu möcüzəvi qoçla əvəzlədiyi kimi, İsanı bizim üçün son mükəmməl qurban təyin etdi. İsa günahlarımızı örtür, bizi günahın nəticəsi olan ölümdən azad edir, və bizi saleh sayır. Özü tamamilə Rəbb olan İsa, korlanmış dünyamıza girmək və mükəmməl bir həyat sürmək üçün insan oldu. Öləndə ayıb və cəzamızı Öz üzərinə götürdü. Bizim layiq olduğumuz ölümlə öldü. Üçüncü gün O, bir daha ölməmək üçün yenidən dirildi. Bu, Müqəddəs Kitabdan olan Xoş Xəbərdir- Uca Yaradan, bizə Onunla əbədi yaşamaq imkanı vermişdir. Tanrının İsa Məsih vasitəsi ilə bizim üçün etdiyinə inandığımız zaman, O bizim utancımızı - şərəfə, günahımızı – salehliyə çevirir. Müqəddəs Kitabda yazılıb: “Çünki günahın əvəzi ölümdür, lakin Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır. " Amma hədiyyəni qəbul etsən sənin olacaq. Bunu istənilən vaxt dua vasitəsilə edə bilərsən.
JesusFilm